Suriyada hakimiyyəti devirməyə nail olan terrorçular Lazqiyyə şəhərində Bəşər Əsədin əmisi oğlu Süleyman Hilal Əsəd vəhşicəsinə qətlə yetiriblər.
Heç bir məhkəmə hökmü olmadan şəhərin mərkəzində baş tutan qətlin görüntüləri sosial şəbəkələrdə yayılıb.
Kadrlarda Əsədin əmisi oğlunun silahlı terrorçular tərəfindən tutulduğu və şəhər meydanında asıldığı görünür.
Qeyd edək ki, Suriyada qalan Baş nazir Məhəmməd Qazi əl-Cəlali silahlılarla danışıqlar aparıldığını və hakimiyyətin dinc yolla təhvil veriləcəyini bildirmişdi.