0
Sunday 8 December 2024 - 13:48

Suriya paytaxtı Dəməşq terrorçuların əlinə keçdi: Bəşər Əsəd devirildi

Story Code : 1177169
Suriya paytaxtı Dəməşq terrorçuların əlinə keçdi: Bəşər Əsəd devirildi
“Reuters”in məlumatına görə, Bəşər Əsəd ölkədən naməlum istiqamətə uçub və onun təyyarəsi radardan itib.
Eyni zamanda Suriya televiziyası dövlət radio və televiziyasının binasının və Dəməşq beynəlxalq hava limanının da terrorçuların nəzarətində olduğunu bildirir. Hava limanının fəaliyyəti tamamilə dayandırılıb və bütün işçilər hava limanını tərk ediblər.
Suriya Ordusunun Baş Qərargahı bütün döyüş birləşmələrinə təslim olmaq və dağılmaq əmrini verib.
Bunlardan əlavə qeyd olunur ki, terrorçu qrupların rəhbərliyi Əsədin həbsinə kömək edəcək məlumat üçün 10 milyon dollar təklif edib.
Tagged
Suriya
Comment