0
Wednesday 11 December 2024 - 15:35

ABŞ yardımı kəssə, Ukrayna altı ay tab gətirəcək - Marçenko

Story Code : 1177768
ABŞ yardımı kəssə, Ukrayna altı ay tab gətirəcək - Marçenko
Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın maliyyə naziri Sergey Marçenko məlumat verib.

Marçenko iddia edib ki, Donald Tramp hakimiyyətə qayıtdıqdan sonra Vaşinqtondan mümkün yardımın dayandırılması Ukrayna üçün böyük problem və çağırışdır, ona görə də yeni administrasiya ilə əməkdaşlıq prioritet strategiya olmalıdır.

“Hesab edirəm ki, ən azı 2025-ci ilin birinci yarısınadək müqavimət göstərmək üçün kifayət qədər vəsaitimiz, silahımız, raket və artilleriya mərmilərimiz var. 2025-ci ildə döyüş sursatı və lazımi hərbi texnikanın alınması üçün kifayət qədər büdcə vəsaiti ayıracağıq. İndi ABŞ-dan lazımi silahların alınması o deməkdir ki, ən azı ilin birinci yarısı və ondan sonra bu təcavüzə qarşı dayanmaq üçün yaxşı təchizatla təmin olacağıq”, - Marçenko belə qeyd edib.

 
Comment