0
Tuesday 10 December 2024 - 15:40

Yeni həbslərin səbəbi nədir?

Story Code : 1177559
Yeni həbslərin səbəbi nədir?
Belə ki, son bir ildə ölkədə 20-dən çox jurnalist və fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Hüquq müdafiəçiləri hazırda Azərbaycan həbsxanalarında 300-dən çox siyasi məhbusun olduğunu bildiriblər.
Hakimiyyət rəsmiləri isə ölkədə siyasi məhbusların olması ilə bağlı bəyanları əsassız sayırlar.Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Elman Nəsirov Turana bildirib ki, bütün dünyadakı kimi Azərbaycanda da cinayətkarlar var və onlar həbs edilirlər.
"Müdafiə Xətti" hüquq-müdafiə təşkilatının həmtəsisçisi Zəfər Əhmədov isə fərqli düşünür. O, AzadlıqRadiosuna bildirib ki, son həbslər insan hüquqlarının pozulmasıdır: "Yəni, ifadə azadlığının boğulması ilə bağlıdır. Ona görə də belə absurd ittihamlar irəli sürürlər".
Siyasi şərhçi Nəsimi Məmmədli düşünür ki, ölkədə insan hüquqları dərin böhran içindədir: "Ölkədə məhkəmə hakimiyyəti nəinki ədalət prinsiplərinə, ölkənin Konstitusiyasına, qanunlarına əməl etmirlər, məhkəmə tam istintaq orqanlarının əlaltısına çevrilib".
 
Source : SaharTV
Comment