“Report” xəbər verir ki, məlumatı İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) teleqram kanalı yayıb.
Bildirilib ki, diplomatik missiya gündəlik adi iş rejimində fəaliyyət göstərir.
Xatırladaq ki, dekabrın 7-də İran səfirliyinin əməkdaşları təxliyə edilmişdi.
Başqa bir məlumata əsasən, Suriyadakı “Heyəti-Tahrire-Şam”ın rəhbəri Əbu Məhəmməd əl-Colani Qətər vasitəsi ilə Tehran hakimiyyətinə “ümumi islam prinsipləri əsasında” əməkdaşlıq etməyə çağırıb.