Amerika Neft Şirkəti: Sanksiyalar İranın neft satışına mane ola bilməyib
Story Code : 1177433
Mike Wirth deyib: “Bu, hazırda qüvvədə olan bir çox sanksiyalara aiddir. Onlar tədarükdə fasilə yaratmayıb, sadəcə olaraq bu məhsulun tədarük yolunu dəyişiblər”.
"Chevron" rəsmisi bu açıqlamanı İranın xam neftinin böyük hissəsinin dünya hökumətlərinə satılmaq əvəzinə Çində qeyri-hökumət alıcılarına satıldığını izah edərkən bildirib.
Mediada yayılan xəbərlər görə də İranın Çinə neft ixracı son bir ildə çoxalıb. Bəzi mənbələr İranın Çindəki alıcılara gündə 1,5 milyon bareldən çox neft tədarük etdiyini bildirir.
Mike Wirthin şirkəti hazırda sanksiya siyahısına daxil olan Venesuelada fəaliyyət göstərən yeganə Amerika şirkətidir. O Donald Trampın başçılıq etdəcəyi yeni hökumətin neft sektorunda daha yaxşı siyasətlər həyata keçirəcəyinə ümid etdiyini bildirib.