Oxu.Az xəbər verir ki, bu barədə dekabrın 10-da "Agence France-Presse" məlumat yayıb.
İlk mərhələdə "Mirage" qırıcıları Çadın paytaxtı Ncamena şəhərindən çıxarılıb. Fransa tərəfi geri çəkilmə prosesinin dəqiq şərtlərinin hələ tam razılaşdırılmadığını bildirib.
Hazırda Fransanın silahlı qüvvələrinə məxsus təxminən min əsgər Çadda yerləşdirilib. Onların ölkədən çıxarılmasının tam şəkildə başa çatdırılması bir neçə həftə çəkəcək.
Qeyd edək ki, Çad hakimiyyəti Fransa ilə hərbi əməkdaşlıq müqaviləsini ləğv etmək barədə qərar qəbul edib.