Bəşar Əsəd əsgərlərə nə üçün döyüşmək əmri vermədi?
Story Code : 1177446
Suriyanın baş naziri Məhəmməd Qazi əl-Cəlali hökumət qoşunlarının üsyançılarla döyüşmədiyini açıqlayıb.
O, əsgərlərin “mənəvi çöküş” vəziyyətində olduğunu bildirib.
“Suriya ordusunun şəxsi heyəti qardaşlarına qarşı döyüşmək üçün motivasiyaları yox idi”, - deyə əl-Cəlali bildirib.
Baş nazirin sözlərinə görə, buna iqtisadi, sosial və psixoloji amillər səbəb olub. Döyüşmək zərurətinə inamın olmaması səbəbindən əsgərlər döyüşə girmədən geri çəkilməyə üstünlük verib.