0
Monday 9 December 2024 - 22:59

Smotriç: Qəzzanı işğal etməyin vaxtı çatıb

Story Code : 1177435
Smotriç: Qəzzanı işğal etməyin vaxtı çatıb
İsrailin ekstremist maliyyə naziri Bezalel Smotriç bazar ertəsi elan edib ki, İsrail Suriya prezidenti Bəşər Əsəd hökumətinin devrilməsindən sonra Yaxın Şərqdə baş verən yeni hadisələrdən yararlanmalı və HƏMAS-ı məhv etmək və Qəzzanı işğal etmək məqsədinə çatmaq üçün daha çox çalışmalıdır. 

Smotriç jurnalistlərə deyib: “Qəzzanın işğalının, Qəzzada mülki əhaliyə nəzarətin ələ alınmasının, mülki əhali ilə HƏMAS-ın rabitəsinin kəsilməsinin və beləliklə, HƏMAS-ı hələ də canlı saxlayan öz oksigen mənbəyindən ayırmağın zamanı çatıb”.

Smotriç öz ritorikasının davamında İrana qarşı əsassız iddialar irəli sürərək, işğalçı İsrailin fürsətdən istifadə edib İrana hücum etməsinin zəruri olduğunu bildirib.
Comment