Müxtəlif təbəqələrdən olan minlərlə insan çərşənbə günü 11.12.2024-cü il tarixdə İmam Xomeyni hüseyniyyəsində İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xamenei ilə görüşdülər. Bu görüşdə Ayətullah Xamenei məntəqə hadisələri barədə çıxış etdi.
İnqilab lideri: Allahın köməyi ilə, Suriyanın işğal olunmuş əraziləri, qeyrətli suriyalı gənclər tərəfindən azad ediləcək; buna şübhə etməyin, bu hadisə baş verəcək və ABŞ da müqavimət cəbhəsi vasitəsilə regiondan qovulacaq. Həqiqətən, bu təcavüzkarların hər birinin fərqli məqsədləri var. Onların məqsədləri bir-birindən fərqlidir, bəziləri Suriyanın şimalından və ya cənubundan torpaq işğal etməyə çalışır, ABŞ isə bölgədəki mövqeyini möhkəmləndirmək istəyir, onların məqsədləri bunlardır və zaman göstərəcək ki, inşallah, heç biri bu məqsədlərə çatmayacaq. Suriyanın işğal olunmuş əraziləri, qeyrətli suriyalı gənclər tərəfindən azad ediləcək; buna şübhə etməyin, bu hadisə baş verəcək. ABŞ-ın mövqeyi də möhkəm olmayacaq, Allahın köməyi ilə, müqavimət cəbhəsi vasitəsilə ABŞ regiondan qovulacaq.