Ötən gün səhər (çərşənbə) Bakıya səfər edən İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədiyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşüb. Ali Rəhbərin nümayəndəsi və Ali Milli Təhlükəsizlik Şurasının katibi təhlükəsizlik diplomatiyası istiqamətində və Cənubi Qafqaz regionu ölkələri ilə siyasi-təhlükəsizlik əlaqələrini gücləndirmək məqsədi ilə etdiyi bu səfəri azərbaycanlı və erməni həmkarlarının dəvəti ilə baş tutub.Əhmədiyan bu gün səhər saatlarında paytaxt Bakıya gəlib və onu azərbaycanlı həmkarı Ramil Usubov qarşılayıbQeyd edək ki, siyasi, təhlükəsizlik, müdafiə və iqtisadi sahələrdə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, o cümlədən enerji, dəhliz və Cənubi Qafqaz regionunda sülh və sabitliklə bağlı məsələlərdə əlaqələrin genişləndirilməsi üçün məsləhətləşmələr bu səfərin gündəliyində dayanır.