İşğalçı İsrail rejiminin cinayətkar baş naziri Benyamin Netanyahunun korrupsiya, dələduzluq etibardan sui-istifadə və digər qanunsuz əməllərdə ittiham olunmasından sonra sionist rejim sakinlərin hər həftə etiraz aksiyası keçirir.
Ötən gün Təl-Əvivdə baş tutan etiraz aksiyasından sonra isə etirazçı kütləni sakitləşdirə bilməyən polis 5 nəfəri həbs edib.
Polis ictimai asayişi pozmaq iddiası ilə bu 5 nəfəri saxlayıb.
İddiaya görə, razılaşdırılmış mitinqin sonunda bir qrup nümayişçi aksiyanı bitirməkdən imtina edib və yolu bağlayaraq mitinqə davam edib.
Asayiş keşikçiləri polisə müqavimət göstərən nümayişçiləri saxlayıb.
Polis vətəndaşların qanuni etiraz hüququna hörmət etdiyini iddia edir.