0
Tuesday 7 January 2025 - 15:24

Sionistlər Qəzzənin şimalında itki veriblər

Story Code : 1182922
Sionistlər Qəzzənin şimalında itki veriblər
Bu medialar qeyd ediblər ki, öldürülən hərbçi, «Nahal» briqadasında bölük komandirinin müavini olub. «Nahal» briqadası sionist rejim ordusunun quru qoşunlarının piyada briqadasıdır.
Belə bir halda, sionist rejimin radio və  televiziya təşkilatı bildiribdir ki, Qəzzə sakinlərinə qarşı müharibənin əvvəlindən bəri Qəzzə zolağında bu rejim ordusunun səkkiz yüz iyirmi altı hərbçisi öldürülüb.
Analitiklər bu qənaətdədirlər ki, Qəzzə zolağında gedən döyüşlər zamanı sionistlər öz tələfatlarının miqdarını az göstərməyə çox can atıblar.
Diqqətçəkən cəhət budur ki, sionistlərin özləri də bu rejimin ordusu və başçılarının müqavimətin tələfatı barədə verdikləri statistikaya şəkk-şübhə ilə yanaşırlar.
Sionist rejim Amerikanın himayəsi altında 2023-cü il oktyabrın 7-dən Qəzzə zolağı sakinlərinə qarşı dağıdıcı müharibəyə başlayıb. Nəticədə, ölümcül aclıq/ və böyük dağıntılardan əlavə,/ əksər hissəsini qadınlar və uşaqların təşkil etdikləri minlərlə fələstinli şəhid olub və yaralanıbdır.
Bütün bu cinayətlərə rəğmən, sionist rejim etiraf edibdir ki, müharibədən 15 ay ötsə də, hələ də həmin müharibədə güddüyü məqsədlərə çata bilməyibdir.
Source : SaharTV
Comment