0
Monday 6 January 2025 - 16:17

İnqilab Rəhbərinin İmam Cavad(ə), İmam Hadi(ə) və İmam Əskəri(ə) barədəki tövsiyəsi

Story Code : 1182738
İnqilab Rəhbərinin İmam Cavad(ə), İmam Hadi(ə) və İmam Əskəri(ə) barədəki tövsiyəsi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullahul Uzma Xamenei ötən gün İmam Hadi (ə) şəhadəti ilə bağlı rozə məclisində bu möhtərəm İmamın (ə) və o həzrətin atası və övladının (ə) şiəliyin kəmiyyət və keyfiyyət cəhətdən yayılmasındakı əvəzsiz rollarına işarə edib və buyurublar ki: "Bağdad və Kufə İmam Hadi (ə) və İmam Cavad (ə) ələyhuməssəlam zamanında şiənin əsas mərkəzlərinə çevrilib"
Müxtəlif tarix və incəsənət sahələrində bu imamların həyatları və maariflərinə yanaşmanın zərurətinə təkid edən İnqilab Rəhbəri həmin sahələrdə bu üç möhtərəm imama nəzərin salınmamasını tənqid ediblər.
"Təəssüflər olsun ki, tarixin yazılmasında, kitabyazmada və hətta mənbərlərimizdə bu üç möhtərəm imamın həyatı və maarifinə az nəzər salınıbdır"- deyə, İnqilab Rəhbəri vurğulayıblar.
İnqilab Rəhbəri həmçinin «Camieyi-Kəbirə Ziyarəti»ni tayı-bərabəri olmayan bir gövhər kimi yad edib və vurğulayıblar ki: "Əgər İmam Hadi ələyhissəlamın səyi olmasaydı, biz bu gün «Camieyi-Kəbirə Ziyarəti»nə malik olmazdıq. Quran ayələri və əsl şiə həqiqətlərinə əsaslanan bu ziyarətnamədə mövcud olan maarif, İmam Hadi ələyhissəlamın elmi üstünlüyü və dərinliyini göstərir"
 
Source : SaharTV
Comment