"Qonşularla mehribançılıq İslam Respublikasının dönməz siyasətidir"
Story Code : 1182360
Ayətullah Seyid Həsən Amili bildirib ki, diplomatik və rəsmi səviyyədə təhqiredici ifadə yoxdur və olmayacaq da. Yəni heç kimin ixtiyarı yoxdur ki, adi bir məclisdə sadə və qeyri-rəsmi bir adamın açıqlamalarını, şəxsi fikirlərini Nizamın ayağına yazsın.
Bu həftə məclislərin birində adi və qeyri-rəsmi bir şəxs tərəfindən istifadə edilən namünasib ədəbiyyat, bizim rəsmi, etiqadi və dini ədəbiyyatımız və İslam Respublikasının rəsmi mövqeyini əks etdirə bilməz və onun bu şəkildə yansıdılması diplomatik aləmdə tamamilə qeyri-ənənəvi və sual doğurucu bir məsələdir.
Ayətullah Amili daha sonra buyurub:
"Hamı bilir ki, ayrı-ayrı şəxslərin şəxsi açıqlamaları heç bir halda dünyanın heç bir hökumətinin rəsmi mövqeyi deyil. Hər kəs yaxşı başa düşür ki, böyük yığıncaqlara hər cür nəzarət etmək mümkün deyil.
Bu danışlanlar bizim üçün böyük bir sual yaratdı. Yaxşı, bəs niyə nə madah, nə natiq, nə də aparıcı olmayan adi bir insanın açıqlamalarına xarici medialar niyə bu qədər diqqət yetirdi. Üstəlik Amerika nümayəndəsi də bu məsələyə qarışdı? Bizim bəsirətli xalqımız isə bu sualın cavabını hamıdan yaxşı bilirlər"
Ali Ekspertlər Şurasının üzvü daha sonra qeyd edib:
"Bu xalqın düşmənləri İranın qonşuları ilə münasibətlərini korlamaq və təhrif etmək istəyirlər. Qonşularla mehribançılıq İslam Respublikasının dönməz siyasətidir və bu Ali Rəhbər tərəfindən vurğulanıb"