Axar.az xəbər verir ki, bunu İran Polis komandanının müavini, general Qasim Rzayi İranla Azərbaycan arasındakı yerləşən Astara quru sərhədinə səfəri zamanı jurnalistlərə müsahibəsində deyib.
O bildirib ki, İran və Azərbaycan yük maşınlarının hərəkəti üçün çoxsaylı sərhəd terminalları və körpülər, eləcə də sərnişinlər üçün quru sərhəd-keçid məntəqələri var.
Qasım Rzayi bu əlaqələri yaxşılaşdırmaq üçün hər zaman səylərin göstərildiyini vurğulayıb.
İranın polis rəsmisi qeyd edib ki, son statistik məlumatlara görə, hər gün Gilan əyalətindən Azərbaycana 230-a yaxın TIR hərəkət edir və İran bu rəqəmi artırmağa hazırdır.
“Hər iki tərəfdə əməkdaşlıq hökm sürür”, - İran generalı qeyd edib.