Üç ölkəyə qarşı ərazi iddiası irəli sürüldü - Zaxarovadan açıqlama
Story Code : 1183117
Teleqraf.com xəbər verir ki, o, Trampın hələ vəzifəsinin icrasına başlamadığını xatırladıb.
“O, prezident olanda və səlahiyyətlərinin icrasına başlayanda ABŞ dövləti və xalqı adından rəsmi şəkildə danışacaq, o zaman bunu hansısa formada dəyərləndirmək və anlamaq olar”, - Zaxarova bildirib.
Yanvarın 7-də Tramp Qrenlandiyanın ABŞ-nin bir hissəsinə çevrilməli olduğunu bəyan edib. ABŞ lideri, həmçinin Qrenlandiyanı “yenidən möhtəşəm” edəcəyinə söz verib. Tramp oğlunun Danimarkaya məxsus bu adaya getdiyini də söyləyib.
Tramp bundan əvvəl Kanadanın ABŞ-yə onun 51-ci ştat kimi qoşulmasını təklif edib. Tramp hesab edir ki, iki ölkənin birləşməsi ticarət tariflərinin aradan qaldırılmasına, vergilərin azaldılmasına və Kanadanın Rusiya və Çin təhdidlərindən tam təhlükəsizliyinə zəmanət verəcək.
Həmçinin yeni seçilmiş prezident Panama kanalının ABŞ-nin nəzarətinə qaytarılmalı olduğunu açıqlayıb.