0
Tuesday 7 January 2025 - 18:28

Belarusu müharibəyə çəkmək əmri verilib - Lukaşenko

Story Code : 1182970
Belarusu müharibəyə çəkmək əmri verilib - Lukaşenko
Teleqraf.com xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Xaricdən gələn bədxassəli şəxslər ona təzyiq edirlər ki, bizi bu müharibəyə cəlb etsin. Volodya Zelenski niyə özünü belə aparır? Aramız yaxşı idi. İndi nədən gileylənir, nə çatışmır?”, - Belarus lideri bildirib.

Lukaşenko həmçinin ölkəyə xarici təzyiqlərin artmasından şikayətlənib və 2025-ci ilin xalq üçün çətin il olacağını proqnozlaşdırıb:

“Biz bütün çətinliklərin öhdəsindən gələcəyik. Biz qalib gəlməyi öyrənmişik, onlara qalib gəlməyi bilirik. Ancaq bunu yalnız birlikdə edə bilərik”.

Prezident əlavə edib ki, hazırda Belarus üçün əsas problem iqtisadidir. Onun fikrincə, xalq həmrəy olsa və durumu yaxşılaşdırmağa çalışarsa, bu çətinliklərin öhdəsindən gəlmək olar.

“Belarusda sülhün qorunması üçün hər şey ediləcək. Bizim üçün əsas məsələ sülhü qorumaqdır. Əgər sülh yoxdursa, heç nəyə ehtiyac yoxdur”, - Lukaşenko vurğulayıb.

 
Comment