0
Friday 30 July 2010 - 20:45

ABŞ-AZƏRBAYCAN MÜNASİBƏTLƏRİNDƏ GƏRGİNLİK

Story Code : 32657
ABŞ-AZƏRBAYCAN MÜNASİBƏTLƏRİNDƏ GƏRGİNLİK
Son bir neçə ay ərzində regiona yaxşı bələd olan Metyu Brayzanın Azərbaycana səfir təyin olunmsı ilə əlaqədar söz-söhbət gəzirdi. Hətta onun namizədliyi də verilmişdi. Amma nədənsə, avqustun 3-də senator Kerrinin sədrliyi ilə 21 ölkəyə səfir təyinatı ilə bağlı keçiriləcək görüşün gündəliyində Azərbaycana göndəriləcəyi bildirilən səfir Metyu Brayzanın adı yoxdur. Bu məsələ təbii ki, ölkəmizdə birmənalı qarşılanmır. Səfir təyin etmək ABŞ-ın daxili işidir deyə bildirən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu FaktXeber.com-a dedi: “Azərbaycana niyə səfir təyin olunmur, bunun özü də bir çox suallar doğurur. Hər-halda Azərbaycana yeni səfir təyin olunmursa, yaxud Metyu Brayzanın siyahıda adı yoxdursa, Azərbaycanla bağlı diplomatik əlaqələrdə gərginliyin davam etdiyini deyə bilərəm. İndiyə qədər hansı məsələ səfir təyin etməkdə problem idisə, Amerika yenə həmin məsələdə inadkarlıq edib, yeni səfir təyin etməsini təxirə salır”.
S.Cəlaloğlu hesab edir ki, ABŞ bir ildən artıq vaxtda hansı motivlərə əsasən səfir təyin etmirsə, indi də o motivlərə söykənərək Metyu Brayzanın adını siyahıya salmayıb: “Bu motivlər ola bilsin ki, Azərbaycanın Rusiya meylli siyasəti, yaxud Azərbaycan hakimiyyətinin Amerikanın bizə məlum olmayan müəyyən şərtlərini yerinə yetirməməsi ilə bağlıdır. Eyni zamanda Azərbaycan İran məsələsində ABŞ-a dəstək vermir və İranın blokadasında iştirak etmir. Pərdə arxası diplomatik tələblər bizə məlum olmadığına görə konkret söz deməyə çətinlik çəkirik. Amma görülən məsələ budur ki, rəsmi Bakı hələ də Vaşinqtonun maraqlarına və tələblərinə uyğun addım atmır. Buna görə də Amerika əvvəlki mövqeyində qalır”.
Metyu Brayzanın səfir təyin olunma məsələsində erməni lobbisinin təsirini necə qiymətləndirirsiniz – sualını müsahibimiz belə şərh etdi: “Ermənilərin nə məqsəd güdmələrindən asılı olmayaraq, onların etiraz etdikləri bütün məsələləri məhz öz xeyirləri kimi qəbul edirəm. Onlar həmişə öz xeyirləri olan məsələdə etiraz edirlər ki, bizi şübhələndirməsinlər. Madrid danışıqları ermənilərin xeyrinədir. Amma onlar özlərini bu danışıqlardan imtina edirlərmiş kimi göstərirlər. Madrid prinsipləri Dağlıq Qarabağın ermənilərə verilməsini nəzərdə tutan bir sazişdir. Eyni siyasəti Metyu Brayza məsələsində də işlədə bilərlər. Erməni bicliyi bundan ibarətdir ki, öz maraqlarına uyğun məsələlərdə əks mövqe tuturlar”.
Əli Mövlud
Source : faktxeber
Comment