0
Saturday 24 July 2010 - 14:35

BİZİ GÖZLƏYƏN TƏHLÜKƏ

Story Code : 32045
BİZİ GÖZLƏYƏN TƏHLÜKƏ
“Kosovonun müstəqilliyinin birtərəfli elan olunması legitimdir və beynəlxalq hüquqa zidd deyil”. Bu qərarı, Kosovo hakimiyyətinin Belqrad ilə danışıqlar masasına oturmağa məcbur edilməsilə bağlı Serbiyanın məhkəməyə müraciətinə cavab olaraq, cümə axşamı Haaqa Beynəlxalq Məhkəməsi çıxarıb. Haaqa Məhkəməsinin verdiyi qərara münasibət bildirən Yaşıllar Partiyasının həmsədri, fəlsəfə elmlər doktoru Mayis Güləliyev FaktXeber.com-a bildirdi ki, ərazi toxunulmamazlığını əsas gətirərək məcbur formada Serbiyanın Kosovanı yanında saxlaması o qədər də düzgün deyil: “İnsan hüquqları baxımından hər bir xalqın müstəqil yaşamaq hüququ var. Amma burada söhbət müstəqilliyin diktə altında əldə olunmasından gedir. Eyni zamanda ərazi toxunulmazlığının məqsədli şəkildə qabardılması əsas götürülür. Bunların hər ikisi qeyri-normal məsələdir”.

M.Güləliyev hesab edir ki, Yuqoslaviyanın dağılmasında məqsəd Avropada böyük bir ölkənin qarşısını almaq idi: “Avropada Almaniya, Fransa və Böyük Britaniya kimi dövlətlərlə müqayisə olunacaq digər böyük bir ölkənin varlığını qəbul etmək istəmədikləri üçün Yuqoslaviyanı xırda-xırda ölkələrə paçaladılar. Kosova artıq müstəqildir. Bütün hallarda reallıqla barışmaq lazımdır ki, bu müstəqillik Kosovanın müstəqillik istəkləri ilə deyil, böyük dövlətlərin maraqları fonunda baş verir.

Kosova məsələsinin milli və etnik münaqişələrin həllində presedentə çevrilməsi çox təhlükəlidir. Çünki, digər ölkələrdə də bu presedentdən istifadə olunacaq. Xatırladım ki, bu qərar Dağlıq Qarabağ münaqişəsində də mütləq presedent ola bilər. Artıq danışıqlarda da bu, öz təsirini göstərir. Hər dəfə deyilir ki, Laçınla Kəlbəcər məsələsi həll olunur və mübahisə bununla əlaqədardır. Laçın, Kəlbəcər və Dağlıq Qarabağın sərhədlərindən kənarda olan rayonların məsələsi mübahisəlidirsə, görün Dağlıq Qarabağın öz məsələsi nə yerdədir”.

Dağlıq Qarabağ münaqişəsinin iki yolu olduğunu bildirən müsahibimiz vurğuladı: “Mübahisə yoxdursa, deməli bu iki variantdan biri həll olunub. Əgər Azərbaycanın tərkibində qalma məsələsi razılaşdırılıbsa, o zaman Laçınla Kəlbəcər niyə razılaşdırıla bilmir? Məntiqlə başa düşülür ki, Dağlıq Qarabağla əlaqədar razılıq onun Azərbaycanın tərkibində qalması ilə deyil, əksinə Azərbaycanın tərkibindən çıxması ilə bağlıdır.

Bu gün fakt odur ki, Dağlıq Qarabağ Azərbaycandan kənarda öz iqtisadiyyatını qurur və Azərbaycanın qanunlarından kənar həyat şəraitini inkişaf etdirir. Biz nə qədər desək ki, Qarabağ Azərbaycanın tərkib hissəsidir, fakt isə bunun əksini göstərir. Ona görə də Azərbaycan dövləti Dağlıq Qarabağı bir cəmiyyət kimi qaytarmağa çalışmalıdır”.



Əli Mövlud
Source : faktxeber
Comment