İran XİN rəsmisi: Rusiya ilə müqaviləyə müdafiə məsələləri də daxil edilib
Story Code : 1182750
“Report” “Mehr”ə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Baqai yanvarın 6-da keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, müqavilənin mühüm hissəsini ticarət, iqtisadiyyat, energetika, eləcə də müdafiə və təhlükəsizlik məsələləri təşkil edir:
“Son 20-30 il ərzində İranla Rusiya əməkdaşlığın miqyasını əhəmiyyətli dərəcədə genişləndirib, ona görə də sənədin yenilənməsinə ehtiyac var idi”.