Rövşən Şirəliyev: “Rəşad Ramazanovu bərk döyüblər”
Story Code : 265145
-Rövşən bəy, doğrudanmı Rəşadın durumu Aslan İsmayılov mətbuat konfransında səsləndirdiyi kimi kritikdir?
-Bəli, doğrudan da onun durumunu yaxşı demək üçün əlimdə əsas yoxdur. -Onun bədən nahiyəsinə baxdınızmı, xəsarət izlərini görə bildinizmi?
-Doğrusu bədən nahiyəsinə baxmadım, ancaq qollarında və başında xəsarət izləri aydın görünürdü.
-Psixoloji durumu hansı vəziyyətdədir?
-Psixoloji durumu da yumşaq desək, qənaətbəxş deyildi. Özünə qəsd edəcəyi, özünü öldürəcəyi barədə mənə fikirlər söyləyirdi. Bildirdi ki, burda bir az da qalsam özümü öldürəcəm.
-Bəlkə saxlanılma yerində ona qarşı hansısa alçaldıcı hərəkətlər edilib? Bununla bağlı aranızda hər hansı söhbət oldumu?
-Bu barədə açıqlama vermək istəmirəm və müdafiə ediyim şəxsin maraqları baxmından bu barədə danışmağı məsləhət bilmirəm. Ancaq həm müstəntiqlə, həm də istintaqın rəisiylə görüşdüm. Hər ikisi söz verdilər ki, tez bir zamanda onu istintaq təcridxanasına etap edəcəklər. - Rəşad özünü günahkar bilirmi?
-Qətiyyən, özünü heç bir məsələdə təqsirkar bilmir, bütün ittihamları rədd edir. O nə siqaret çəkən olub, nə içki içən, nə də narkotik istifadəçisi. Onun işi hal – hazırda ekspertizadadır, narkomaniya asılılğı olub – olmaması müəyyənləşdirilir, bununla bağlı ekspertiza rəy verəcək. -Onu konkret nə vaxt təcridxanaya köçürəcəklər?
-Qanunla onu hələ mayı 11 – də köçürməliydilər. Çünki qanuna görə onu orda 24 saatdan artıq sxlamamalıdırlar. Mən bunun səbəbini soruşduqda dedilər ki, etap məsələsi bizlik deyil, yalnız 3- 4 nəfər yığışandan sonra “konvoy” gəlib aparır.
-Orda bildirdinizmi ki, Rəşad özünə qəsd etmək istəyir və buna imkan verilməmsi üçün lazımi təhlükəsizlik tədbirləri görülməlidir?
-Mən istintaqın rəisinin də, müstəntiqin diqqətinə də çatdırdım ki onun psixoloju durumu yaxşı deyil və hər an özün qəsd edə bilər. Bundan əlavə onun xəstəliyi barədə də istintaqa məlumat vermişəm ki, ağ ciyərlərində problem var, vərəm xəstəsi olub, buna görə də xüsusi nəzarətdə saxlanılmalıdır. Söz veriblər ki, nəzarətə götürüləcək. -Başındakı zədələrin nədən yarandığını soruşdunuzmu?
-Bildirdi ki, onu idarəyə gətirəndə başından vurublar.
-Alətlə, yoxsa yumruqla?
-Dedi ki, başıma bərk vurublar. Bundan əlavə özüm başımı divara da vurmuşam, məni özümdən çıxarıblar, məcbur olub başımı divara döymüşəm.(Moderator)