İslam İnqilabının rəhbəri: ABŞ bazaları suriyalı gənclərin ayaqları altında tapdalanacaq!
Story Code : 1181930
Həzrət Ayətullahül-üzma Xamenei 2025-ci il yanvarın 1-də Tehranda Şəhid general Hacı Qsim Süleymaninin şəhadətinin 5-ci ildönümü ərəfəsində bu şəhidin ailəsi və müqavimət və hərəm müdafiəçiləri şəhidlərinin ailələri ilə görüşdə Suriyada ard-arda Amerika bazalarının tikilməsinə toxunaraq, bəyan edib: "Təcavüzkar başqa millətə məxsus torpaqları tərk etməlidir, əks halda onu qovacaqlar. Ona görə də, Amerika bazaları mütləq suriyalı gənclərin ayaqları altında tapdalanacaq!"
Ali Rəhbər işğalçıların Suriya ərazisində qalmasının mümkünsüz olduğunu bəyan edərək, qeyd edib ki, "Suriya, Suriya xalqına aiddir və bu ölkənin torpaqlarına təcavüz edənlər bir gün qeyrətli suriyalı gənclərin gücü qarşısında geri çəkilmək məcburiyyətində qalacaqlar".
İslam İnqilabının Rəhbəri Suriya xalqının gec və ya tez işğalçılara qalib gələcəyini və Yəmən, Fələstin və Livanda müqavimətin davam edəcəyini vurğulayaraq, buyurublar: "Livan müqavimət simvoludur, baxmayaraq ki, yaralar alıb amma əyilməyib və sonda qalib gələcək. Necə ki, Yəmən də müqavimətin simvoludur və nəhayət qalib gələcək. İnşallah cinayətkar və acgöz ABŞ başda olmaqla təcavüzkar düşmənlər region xalqından əl çəkəcəklər və zillət içində bölgəni tərk etməyə məcbur olacaqlar".
Ayətullah Xamenei, həmçinin general Hacı Qasim Süleymaninin bəzi mühüm xüsusiyyətlərini və rəftarını şərh edərək, buyurublar: "Bu xüsusiyyətlərdən öyrənməklə Süleym@ni məktəbinin əsas hədəfi olan “İslamın və Quranın gerçəkləşməsi” istiqamətində hərəkət etmək lazımdır."
Ali Rəhbər hərəm müdafiəçiləri şəhidlərinin fədakarlıqlarını yüksək qiymətləndirərək, əlavə ediblər: "Əgər o pak qanlar olmasaydı, bu gün nə hərəm, nə müqəddəs ziyarətgah, nə də onların hörməti olardı”.
Ayətullah Xamenei Hacı Qasim Süleymaninin 2000-ci ilin əvvəllərində ABŞ-ın İraq və Əfqanıstanda şər hərəkətlərinə qarşı cihad meydanında olmasına diqqət çəkərək, buyurublar: "ABŞ-ın bu iki ölkəni işğal etməkdə əsas məqsədi İran idi, amma bu şərəfli və sadiq insan ABŞ-ın böş heybətindən qorxmadan meydana girdi və sonda bu işğalçılıqlar Amerikanın məğlubiyyəti və bu böyük planın puça çıxması ilə nəticələndi".
Islam İnqilabının Rəhbəri ABŞ-ın İŞİD planının məğlubiyyətini Süleymaninin meydanda sürətli və qətiyyətlə mövcudluğunun digər nəticələrindən biri hesab edərək, əlavə ediblər: "İraqlı gənclər təkfirçi terrorizmlə mübarizədə sözün əsl mənasında parladılar, amma regionun həyatını təhdid edən bu planın zərərsizləşdirilməsində şəhid Süleymani təşəbbüsü, cəsarəti və gücü ilə bölgədə müstəsna rol oynadı".