İsraildən daha bir cinayət - Suriya prezidentinin qardaşı hədəf alındı
Story Code : 1163505
“Report” xəbər verir ki, məlumatı İranın “Mehr” agentliyi yayıb.
İşğalçı İsrail Ordusunun Hava Qüvvələri Suriya prezidenti Bəşşar Əsədin qardaşı Mahir Əsədin komandanlıq etdiyi Suriya ordusunun 4-cü diviziyasının qərargahını bombalayıb.
“Report” “newsru.co.il”ə istinadən xəbər verir ki, məlumatı Suriya İnsan Hüquqları uğrunda Monitorinq (“The Syrian Observatory for Human Rights” -SOHR) yayıb.
Qaniçən İsrail rəsmiləri və Suriyadakı Bəşşar Əsəd hakimiyyəti hadisə ilə bağlı şərh yaymayıb.
General-mayor Mahir Əsəd Suriyanın keçmiş prezidenti Hafiz Əsədin kiçik oğludur. O, Ərəb Respublikasının qvardiyasına və 4-cü elit zirehli tank diviziyasına komandanlıq edib.