0
Thursday 21 November 2024 - 11:31

İtaliya 2012-ci ildən sonra Suriyaya ilk səfir təyin edib

Story Code : 1173876
İtaliya 2012-ci ildən sonra Suriyaya ilk səfir təyin edib
“Report” xəbər verir ki, bu barədə İtaliya Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsində məlumat yayıb.

Diplomatik missiyaya əvvəllər İtaliya XİN-də Suriya böhranı üzrə xüsusi nümayəndə vəzifəsində çalışmış Stefano Ravanyan rəhbərlik edib.

“Dəməşqdəki işimə, böhranın mürəkkəbliyini və İtaliyanın verə biləcəyi töhfəni dərk edərək, şövqlə başlayıram”, - səfir bildirib.

Qeyd edək ki, İtaliyanın Suriyadakı səfirliyi 2012-ci ildə təhlükəsizlik məqsədilə boşaldılıb, lakin rəsmi olaraq bağlanmayıb. İtaliyanın xarici işlər naziri Antonio Tayani Avropanın regionda mövcudluğunun gücləndirilməsinin və digər ölkələrin onu inhisara almasının qarşısının alınmasının vacibliyini vurğulayıb.

 
Comment