0
Sunday 17 November 2024 - 12:44

ABŞ Rusiya qarşısında diz çökür!

Story Code : 1173089
ABŞ Rusiya qarşısında diz çökür!
Ukraynanı Rusiya ilə müharibəyə sövq edərək, bu ölkənin viran qalmasına səbəb olan Amerika, müharibənin nəticəsiz olduğunu və sonda böhranın həlli üçün diplomatik yola baş  vurulmasının vacib olduğunu bildirib.

Ukrayna münaqişəsi danışıqlar masası arxasında həll olunacaq.

Bu fikri ABŞ-nin müdafiə naziri Lloyd Ostin Avstraliyanın Darvin şəhərində keçirdiyi mətbuat konfransında deyib.

“Biz əmin olmaq istəyirik ki, Ukrayna bu münaqişənin gələcəkdə necə həll olunmasından asılı olmayaraq, öz maraqlarını qorumaq üçün ən yaxşı vəziyyətdədir. Mən də inanıram və bunu əvvəllər də demişəm ki, son nəticədə məsələ danışıqlar yolu ilə həll olunacaq”, - Pentaqon rəhbəri bildirib.

Qeyd edək ki, başda ABŞ olmaqla Qərb ölkələri Ukraynanın "təhlükəsizliyini təmin etmək üçün" bu ölkənin NATO üzvü olmasının vacib olduğunu bildirirdi. Halbuki, NATO ilə Rusiya arasında razılaşmaya NATO Rusiya sərhəddinə yaxınlaşmamalı idi. Məhz bu səbəbdən Rusiya dəfələrlə öz qonşuluğunda NATO üzvü bir ölkəni qəbul etmədiyini bildirsə də, Ukrayna məhz Qərbin təhriki ilə Rusiya ilə müharibə yolunu seçib. Amma bu gün Qərb viran qalmış bir Ukraynanı meydanda tək qoyaraq, Rusiya ilə danışıqlara qayıtmaq yolunu seçir!
Comment