İsraildən daha bir cinayət - Suriya prezidentinin qardaşı hədəf alındı
30 Sep 2024 16:47
IslamTimes - İşğalçı İsrail Ordusu Suriya prezidenti Bəşşar Əsədin qardaşı Mahir Əsədi terror edib.
“Report” xəbər verir ki, məlumatı İranın “Mehr” agentliyi yayıb.
İşğalçı İsrail Ordusunun Hava Qüvvələri Suriya prezidenti Bəşşar Əsədin qardaşı Mahir Əsədin komandanlıq etdiyi Suriya ordusunun 4-cü diviziyasının qərargahını bombalayıb.
“Report” “newsru.co.il”ə istinadən xəbər verir ki, məlumatı Suriya İnsan Hüquqları uğrunda Monitorinq (“The Syrian Observatory for Human Rights” -SOHR) yayıb.
Qaniçən İsrail rəsmiləri və Suriyadakı Bəşşar Əsəd hakimiyyəti hadisə ilə bağlı şərh yaymayıb.
General-mayor Mahir Əsəd Suriyanın keçmiş prezidenti Hafiz Əsədin kiçik oğludur. O, Ərəb Respublikasının qvardiyasına və 4-cü elit zirehli tank diviziyasına komandanlıq edib.
Story Code: 1163505