0
Tuesday 19 November 2024 - 11:11

BMT: Livanda 210-dan çox tibb işçisi qətlə yetirilib

Story Code : 1173503
BMT: Livanda 210-dan çox tibb işçisi qətlə yetirilib
“Report” xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin Livandadakı vəziyyətlə bağlı hesabatında deyilir.

Qeyd olunub ki, 2023-cü ilin oktyabr ayından bəri səhiyyə müəssisələrinə 136 hücum olub, nəticədə 212 tibb işçisi şəhid olub. Belə ki, təkcə ötən həftə 70 tibbi işçisi qətlə yetirilib.

Bundan başqa hücumlar nəticəsində Livandakı 178 tibb müəssisəsindən 21-i işləri dayandırmaq və ya göstərilən xidmətlərin həcmini azaltmaq məcburiyyətində qalıb.

 
Comment