Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu açıqlama ilə qiyamçıların hərbi nümayəndəsi Yəhya Səri çıxış edib.
"Hava qüvvələri işğal olunmuş Fələstinin cənubundakı Yaffa və Aşkelon bölgələrində İsrailin bir sıra mühüm obyektlərinə zərbələr endirərək hərbi əməliyyat keçirib", - Ənsarullaha aid "Telegram" kanalında yayılan bəyanatda deyilir.