0
Tuesday 19 November 2024 - 15:12

İran XİN başçısından mühüm mesaj: Hazır olun!

Story Code : 1173513
İran XİN başçısından mühüm mesaj: Hazır olun!
İranın İslam Respublikasının xarici işlər naziri Abbas Arakçı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanlığı ilə görüşdə düşmənə gücünü göstərmək üçün böyük silahlı münaqişəyə hazırlaşmağa çağırıb.

Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb

XİN başçısı bildirib ki, müharibəyə hazır olmaq onun baş verməsinin qarşısını alır:

"Əgər onun başlanmasının qarşısını almaq istəyirsinizsə, öz gücünüzü göstərməli və müharibəyə, müdafiəyə hazır olduğunuzu bəyan etməlisiniz. Bu, müharibənin qarşısını alacaq. Əgər qarşıdurmaya hazır olmadığınızı göstərərək ən kiçik zəiflik nümayiş etdirsəniz, müharibəyə vadar ediləcəksiniz".

Qeyd edək ki, işğalçı İsrail rejimi oktyabr ayının 26-da İrana kütləvi hücuma cəhd etmişdi. Amma İran Hava Hücumundan Müdafiə Sistemi demək olar ki, İsrailin raketlərinin əksərini havadaca zərərsizləşdirməyə nail olub. Bundan sonra İran İsrailə unutmayacağı dərs verəcəyini vəd edib.
Comment