0
Saturday 14 September 2024 - 23:58

Ənsarullah Rəhbəri: Məscidül-Əqsanın dağıdılması sionistlərin açıq məqsədidir

Story Code : 1160047
Ənsarullah Rəhbəri: Məscidül-Əqsanın dağıdılması sionistlərin açıq məqsədidir
Yəmən inqilabı və Ənsarullah hərəkatının ruhani lideri Seyid Əbdülməlik əl-Husi bu gün Rəsuli-Əkrəmin (s) mövludu ərəfəsində çıxış edərək, düşmənlərin İslam ümmətini hədəf aldığını qeyd edib. O bildirib ki, düşmən planla hərəkət edən İslam ümmətinə qarşı çalışır və onları təhlükələrlə üz-üzə qoyur.

Yəmən İnqilabının Rəhbəri bildirib ki, Qurani-Kərim açıq şəkildə bəyan edir ki, İslam ümmətinə ən mühüm təhlükə küfr və nifaqdır. Küfr cəbhəsi düşmən və cinayətkar cəbhədir ki, küfr və nifaq bu cəmiyyət üçün ən mühüm təhlükə hesab olunur. 

Ənsarullah rəhbəri bildirib ki, İslam xalqının cihaddan başqa özünü xilas etmək üçün yolu yoxdur. Sionist düşmən çadırlarda olan qaçqınları belə Amerika bombaları ilə hədəfə alır. Onlar açıq şəkildə  Məscidül-Əqsanın dağıdılmasına çalışırlar.
Comment