Ənsarullah Rəhbəri: Məscidül-Əqsanın dağıdılması sionistlərin açıq məqsədidir
إسلام تايمز , 14 Sep 2024 23:58
IslamTimes - Yəmən inqilabı və Ənsarullah hərəkatının ruhani lideri Seyid Əbdülməlik əl-Husi bu gün Rəsuli-Əkrəmin (s) mövludu ərəfəsində çıxış edərək, düşmənlərin İslam ümmətini hədəf aldığını qeyd edib.
Yəmən inqilabı və Ənsarullah hərəkatının ruhani lideri Seyid Əbdülməlik əl-Husi bu gün Rəsuli-Əkrəmin (s) mövludu ərəfəsində çıxış edərək, düşmənlərin İslam ümmətini hədəf aldığını qeyd edib. O bildirib ki, düşmən planla hərəkət edən İslam ümmətinə qarşı çalışır və onları təhlükələrlə üz-üzə qoyur.
Yəmən İnqilabının Rəhbəri bildirib ki, Qurani-Kərim açıq şəkildə bəyan edir ki, İslam ümmətinə ən mühüm təhlükə küfr və nifaqdır. Küfr cəbhəsi düşmən və cinayətkar cəbhədir ki, küfr və nifaq bu cəmiyyət üçün ən mühüm təhlükə hesab olunur.
Ənsarullah rəhbəri bildirib ki, İslam xalqının cihaddan başqa özünü xilas etmək üçün yolu yoxdur. Sionist düşmən çadırlarda olan qaçqınları belə Amerika bombaları ilə hədəfə alır. Onlar açıq şəkildə Məscidül-Əqsanın dağıdılmasına çalışırlar.
Story Code: 1160047