İXTILAF VƏ QARŞIDIRUMALARA SƏBƏB, ELMI GERIÇILIK VƏ YAYILAN ŞAYIƏLƏRI TƏDQIQATSIZ QƏBUL ETMƏKDIR.
Ixtisarla
Story Code : 3446
Məhəmməd Ticani Səmavi ölkəmizdə "Necə hidayət oldum" kitabı ilə tanınıb. Alim məşhur kitabda necə Maliki məzhəbindən dönüb, Şiə məzhəbini qəbul etməsindən söhbət açır. Böyük səy ilə insanları haqq olan Cəfəri məzhəbinə dəvət etməsinə baxmayaraq, Ticani bu işin onun bütün həyatını əhatə etdiyini etiraf edir. Artıq yetmiş yaşı haqlayan Məhəmməd Ticani Səmavi doktorluq elmi dərcəsini Faransada Sorbon üniversitetində alıb. Fransız dilini mükəmməl bilir. Qətiyyətlə passivliyə qarşıdır. Gəncləri oxumağa, dini mövzularda elmi tədqiqatlar aparmağa dəvət edir. - Lütfən, qısa olaraq özünüzü təqdim edin. - Qısa olaraq! Bütün ömrüm qısa olub. Hətta dünyaya gəlişim də qısa olub. Allahın salavat və salamı Xətəmül-ənbiya Məhəmməd əl-Mustəfaya (s) və onun pak ailəsinə (ə) olsun. Və Allahın salavat və salamı sizə və bütün dünyadakı oxucularımıza olsun. Qısa olaraq həyatım barədə bunu deyə bilərəm ki, Mən Məhəmməd ət-Ticani əs-Səmavi Tunisin cənub bölgəsindənəm. Həmişə İraq əsilli olmağıma təkid etmişəm. Amma Tunisdə dünyaya gəlmişəm. Əslimiz İraqın "Səmavə" məntəqəsindəndir. Onlar Əbbasilərin hakimiyyəti zamanı qətliam olmaları qorxusundan Şimali Afriqaya mühacirət ediblər. - Təhsiliniz haqqında danışın. -İlk təhsilimi iki və ya üç il ərzində "Zeytunə" üniversitetinin filyallarının birində almışam. Tünis istiqlaliyyət qazandığından sonra "Zeytunə" üniversiteti bağlandığından fransız sektorlu bir məktəbə daxil oldum. Buranı bitirdikdən sonra attestat almaqdan ötrü ynidən təhsilimi
davam etdirməli oldum. Bu mərhələnin sonunda "Yubsay" şəhərində elmi müəssisələrin birində assistent kimi işləməyə başladım. Təxminən 17 il ərzində bu müəssisədə tədris etdim. Bundan sonra Fransada təhsilimi davam etdirmək üçün Maarif nazirliyindən məzuniyyət aldım. "Sorbon" üniversitetinə daxil olub, səkkiz il ərəzində səmavi dinlər üzrə tədqiqatlar apardım. Uyğun sahədə diplom aldıqdan sonra Sorbon üniversitetinin məzunu oldum. Sonra Fəlsəfə və siyasi elmlər, daha sonra isə Tarix və İslam məzhəbləri ixtisasları üzrə eyni adlı üniveristetdə üçüncü dərəcəli doktorluq və daha sonra isə beynəlxalq dokturluq elmi dərəcəsini aldım. - Tezisinizin mövzusu nə idi? - Bu üniversitetdə doktorluq tezisimin mövzusu İmam Əlinin məhşur əsəri üzrə "Nəhcül-bəlağədə İslam təfəkkürü" idi. Siz "Nəhcül-bəlağə"yə, onun bəlağət və dil üslubundan xəbərdarsınız. Bu kitabın fransız dilinə tərcüməsi olduqca çətindir. Hətta bəzi ərəb müfəssirləri İmam Əlinin (ə) kəlamlarını şərh verərkən müşküllə üzləşiblər. Necə ki, İbn Əbil Hədid demişdir ki, bu kitab və içindəki kəlamlar Allahın kəlamlarından aşağı, insanların sözlərindən isə yuxarıda durur. Mən də bu kitabı tərcümə edərkən böyük çətinliklərlə qarşılaşırdım. Zira, Sorbon üniversitetində dokturluq işi fransız dilindən başqa bir dildə qəbul edilmirdi. Bu mərhələdən sonra bir il Sorbon üniversitetində, üç il isə Parisin "Balzak" müəssisəsində tədris etdim. Ondan sonra tədqiqat işinə başladım, indiyə qədər
11 kitabın müəllifiyəm. İlk kitabım "Necə hidayət oldum" olub. Bu kitab dünyanın 14 dilinə tərcümə olunub. Sonuncu kitabım "Allaha doğru dəvət edənə müsbət cavab verirəm" adlanır. - Sizin fikrinizcə, İslam dünyasının ən mühüm məsələləri hansılardır? - Mənim fikrimcə, İslam dünyasının ən mühüm məsələsi müsləmanların vəhdət və birliyidir. İqrçiliyə, təəssübkeşliyə, dartışma və qarşıdurmalara son qoymaq vəhdətə çatmağın ən yaxşı yoludur. - Bu haqda daha ətraflı danışmağınızı istərdik. - Əlbəttə! Bu gün dünyanın müxtəlif yerlərində bəzi terror aktlarının baş verməsi xəbərini eşitmək çox acıdır. Və ya bəzi tanınmış əhli-sünnə alimləri şiələrə qarşı kəskin mövqe tutur, tayfa davlarını qızışıdırmağa çalışırlar. Mənim fikrimcə, ən böyük problem elə bundadır. Ən azından əhli-sünnə qardaşlarımız bu həqiqətlə tanış olmaqdan ötrü Şiə məzhəbi haqqında tədqiqat aparmalıdırlar. Qıraqdan gələn təbliğatların təsirinə düşməməlidirlər. Məsələn, Qərzavi kimilərin "Şiələrin Quranı bizm Quranla fərqlidir" kimi iftiralarına aldanmamalıdırlar. Yadınızdadırmı, Livanda baş verən müharibə zamanı bəzi əhli-sünnə alimləri deyirdilər ki, Hizbullahın qələbəsi naminə hətta dua etmək olmaz. Çünki, bu partiyanın bütün üzvləri şiələrdir! Bu və bu kimi digər səbəblər İslam dünyasına və müsəlmanların vəhdətinə, tərəqqi və inkişafına ən böyük zərbədir. - Bu ixtilaf və qarşıdırumaların səbəbi nədir? - Bütün bunlar qapalışüurlu olmaqdan,
elmi geriçilik və yayılan şayiələri tədqiqatsız qəbul etməkdən irəli gəlir. Bir haldakı Allah-taala bu barədə bizə xəbərdarlıq edərək, buyurub: " Ey iman gətirənlər! Əgər bir fasiq sizə (pis) bir xəbər gətirsə, dərhal (onun doğruluğunu) yoxlayın, yoxsa bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə peşman olarsınız! " (Hucurat, 6-cı ayə.) Amma bununla yanaşı müsəlmanlar yenə də tədqiqatsız, haqla batili ayırd etmədən şayiələrə inanırlar. Lakin bəsirət əhli dərk edir ki, Allahın vədə verdiyi zəfər yaxındadır, haqq nuru hər tərəfə şəfəq saçmaqdadır. Çünki, O, nurunu kamil və aşkar edəcəyini vəd verib. Hətta kafirlər bunu bəyənməsələr belə. - Sonda demək istədiyiniz bir fikir varsa, buyurun. - Son söz olaraq, Allah-taaladan müsəlmanların işlərini uğurlu və onların qəlblərini Əhli-beyt (ə) həqiqəti ilə tanış etməsini arzu edirəm. Müsəlmanlar da Peyğəmbərin (s) tövsiyə etdiyi Quran və Əhli-beytə itaət edib, onlara sığınmalıdırlar. Çünki bu iki mənbəyə sığındıqları halada əsil İslam ümməti olacaqlar və Allahın onlara yardım göstərdiyinin şahidi olacaqlar. Necəki, Allah-taala qətiyyətlə buyururb: " انالله لایتغیر ما بقوم حتی یغیر و ما بأنفسهم ". Mənim fikrimcə, ayədə sözüötən dəyişmədə məqsəd zehn və qəlb etibarı ilə dəyişilmədir. Çünki, əgər biz düşüncə və məntiqimizi dəyişib, puç etiqadlarımızı kanara qoyub, möhkəm dəlillərə əsaslanan inanca sahib olsaq, Allah-taala bizi zillətdən əzəmətə, fəqirlikdən sərvətə, məğlubiyyətdən zəfərə doğru aparacaq. Əlhəmdulillahi rəbbil aləmin.