İsrail rejiminin cəzalandırılması – sadəcə zaman məsələsidir
Story Code : 24943
Kuveyt telekanalına müsahibə verən Livan Hizbullah təşkilatının lideri Seyyid Həsən Nəsrullah bildirib ki, rəhbərlik etidiyi təşkilat, İsrail rejimindən gələn turistlərə qarşı heç bir aksiya keçirmək niyyətində deyil.
“Əgər Hizbullah onların Livana gəlməsinə mane olmaq istəsəydi, bunu heç bir çətinlik çəkmədən edərdi. Lakin, biz, sionistlərin cəzasını turistlərə vermək niyyətində deyilik. Biz, kimə qarşı və harda əməliyyatlar keçirməyin lazım olduğunu çox yaxşı bilirik. Sionistlərin, İmam Muğniyyənin qətlinə görə cəzalandırılması – sadəcə zaman məsələsidir”, - deyə şeyx Nəsrullah bildirib.