Müsahibimiz Höccətül-islam Emin İmanlıdır. Əvvəlcə sizi salamlayırıq.Bizə Qüds gününün əhəmiyyəti barədə nə deyə bilərsiniz?
Qüds gününün əhəmiyyətinə iki prizmdan yanaşmaq olar. -insani fitrət prizmasından -dini təlimlər prizmasından İnsani fitrət prizması dedikdə məqsəd, insanın fitrət və zatının zülmü kəskin şəkildə pislməsi nəzərdə tutulur. Hər bir inanclı və ya inancsız insanın fitrət və zatında zülmə qarşı yüksələn nifrət hissi mövcuddur.Beləki özünə və ya digərinə zülm olunduğunu gördükdə, olunan zülm arşısında öz mövqeyini bir mənalı olaraq nifrət və psləməklə müəyyənəşdirir. Qüds günündə də elə insanların Siyonistlər tərəfindən məzlum fələstin xlqına yönəli zülmləri pisləmələri və bu qəsbkar ejim əleyinə şüarlar səsləndirməsi, öz fitrətlərinin çağrışına verdikləri ləbbeykdir. Bu fitrət nidasının qarşısını almağa çalışan insanlar ilk növbədə öz fitrətlərinin çağrışının səsini boğub daha sonra başqalarının fitrətlərinə zor tətbiq edirlər. Dini təlimlər prizması dedikdə məqsəd, bütün ilahi dinlərin zülmlə mübarizəsi nəzrdə tutulur. Dinin fundamental prinsibləri fitrət əsasında tənzimləndiyidən ilk gündən öz mövqeyini zülm qarşısında bildirərək bunu keçilməz bir insani cinayət kimi dyərləndirmiş və bu zülmü görüb onun qarşısında müsbət mövqey seçməyən insanlara isə ilahi əzab vədəsi vrmişdir. İnanç bəsldiyimiz İslam dinini də öz təlimlərində bu məsələni vurğulamışdır. Nümunə olaraq əziz İslam peğəmbəridən nəql olunmuş bir hədisi-şərifə işarə etmək istərdim:من سمع رجلاً ينادي يا للمسلمين فلم يجبه فليس بمسلم yəni “Hər kəs bir insanın mənim fəryadıma çatın dediyini eşitsə və ona cavab verməsə, müsəlman deyil”.Bu hədisi-şərifdə insanın diqqətini cəlb edən maraqlı bir məqam var.O da “insan” kəlməsidir. Yəni əziz İslam peyğəmbəri bu mübarək kəlamında bizlərə başa salmaq istəyir ki, dinindən,məzhəbindən asılı olmayaraq hər bir insan əgər bir müsəlmanı yardım etməyə çağırarsa,onda o müsəlmanın ona yardım etəsi onun insani və dini vəzifəsidir.Əks təqdirdə, peyğəmbər məntiqində onu müsəlman adlandırmaq olmaz. Beləliklə, beynəlxalq Qüds günündə öz mövqeyimizi bu iki pirizma əsasında bir insan kimi, bir dindar kimi tənzimləməliyik.
Hz. İmam Xomeyni (r.ə) Qüds gününü elan etdikdən sonra bunun Fələstinin azadlığı üçün nə qədər müsbət təsir edici addım oldu?
Bildiyimiz kimi Ramazan ayının son cüməsini beynəlxalq Qüds günü kimi elan olunmasının əsasını insalıq tarixində nadir raslaşdığımz bir şəxsiyyət sayılan imam Xomeyni(r.ə)tərfindən qoyulması hamıya məlumdur. İmam Xomeyni (r.ə) bu mesajı yayımlaığı gündən etibarən öz təsirini qoydu və bu təsir ildən-ilə daha da gücləndi.Bu gün də biz bu təsiri əyani şəkidə müşahiə etməkdəyik.Egər imam Xomeyninin(r.ə) bu uzaqgörənliyi olmasaydı, artıq siyonizm öz mənfur və çrkin hədəflərinə çatar və Fələstin adını Dünya xəritəsindən silərdilər.
Bildiyiniz kimi keçən cümə günü Vəliyyi əmr müslimin Hz. Ayətullah-uzma Seyyid Əli Xamenei keçə cümə günü bu sözləri dedi: ”Bu il müsəlmanlar Qüds gününü daha da canladıracaq.” Bunu necə şərh edə bilərsiniz?
Ümum dünya müsəlmanlarının dini lideri həzrət Ayətullah Xamenei bu gözəl ifadəsi ilə danılmaz bir həqiqəti vurğulamaq istəyir. Bu həqiqəti hər bir insan öz həyatında ləms edib. Və bu həqiqət yaradılış aləmində hökm sürən “batilinin ömrü azdır” prinsipidir. Batilin davamsızlığı prinsipi yaradılış aləmində universial bir prinsip olduğundan, İldən-ilə Qüds gününün daha da güclənməsi bu batil rejimin ömrünün yaxınlaşdığının göstəricisidir.
Qüds Günü üçün hansı işlər görülməlidir?
Mənə elə gəlir ki, Qüds günü ilə bağlı gərək iki mərhələdə iş görülməlidir. Və bu iki mərhələ də paralel şəkildə aprılmalıdır. -Nəzəri mərhələ -əməli və praktiki mərhələ Nəzəri mərhələ dedikdə insaları iki yöndən maarifləndirməyi nəzədə tuturam. -İslam təlimləri əsasında Qüdsün bu günümüzdə nə kimi əhəmiyyət daşıdığını və İslam dünyasında onun daşıdığı strateji mövqeyini insanlara başa salınması -Siyonistərin Qüds məsələsində təqib etdiyi hədəflərin ifşası Əməli və praktiki mərhələ dedikdə isə mübarizə meydanında, nəzəri mərhələdə əldə olunan əlumatlar əsasında olunan zülmlərə qarşı yüksəlməsi gərəkən şüarları nəzərdə tuturam.
Məscidul Əqsanın altında tunellər qazılır. İstəyirlər Məscidul Əqsanın dağıdıb yerinə Süleyman məbədini tiksinlər. Buna münasibətiniz necədir?
Mənim də bu məsələyə münasibətim hər bir müsəlmanın münasibəti kimi bir mənalı olaraq mənfidir.Çünki məscidul-əqsa məsələsi qurani bir əsələdir.Qurani-kərimdə məscidul-əqsa böyük bir əzəmətlə yad olunub. Və rəbbimiz tərəfindən oraya xüsusi bir diqqət və inayət olunub.Bu məscidin özü və ətrafı ilahi bir bərəkətlə bürünüb. Ora Əziz İslam peyğəmbrinin ilahi ayətləri müşahədə etməsi üçün Meraca yüksəldiyi bir məkandır.
Qəzza döyüşündən sonra Qüdsün əhəmiyyəti nə dərəcədə artdı?
Qəzza döyüşündən sonra bir daha bu qəsbkar rejimin iç üzü çıldı.Ümumiyyətlə belə demək olar ki, “batil”in iç üzü nə qədər açılarsa, bir o qədər də “haqq”ın əhəmiyyəti artar. Bu rejim heç özüdə bilmədən öz əli ilə öz qəbrini qazmaqdadır.
Sonda Qüds Günü ilə bağlı ürək sözləriniz………..
Uca Allahımıza həmd olsun! sevindirici haldır ki, son illərdə Qüds günü, dünyada oduğu kimi ölkəmizdə də ənənə halına çevrilib. Allah təala müsəlmanların ilk qibləsi sayılan “Qüds”ün azadlığına doğru gedən yolda nəzəri və əməli mərhələdə əllrindən gələni əsir gəməyən bütün insanlara müvəffəqiyyət nəsib etsin! AMİN.