0
Tuesday 23 February 2021 - 16:36

İraq Suriyanın Ərəb Dövlətləri Liqasına qaytarılmasını istəyib

Story Code : 917940
İraq Suriyanın Ərəb Dövlətləri Liqasına qaytarılmasını istəyib
SalamNews RT.Arabic-ə istinadla xəbər verir ki, bunu İraqın xarici işlər naziri Fuad Hüseyn Səudiyyə Ərəbistanına səfəri zamanı deyib.
 
İraqın xarici işlər naziri Ərəb Dövlətləri Liqasının növbəti iclası ilə bağlı fikirlərini bölüşərkən Suriyanın bu liqaya rəsmi şəkildə geri çağırılmasının zəruri olduğunu bildirib və əlavə edib ki, bu dəvət ərəb ölkələri arasında koordinasiyanı və birliyi möhkəmləndirəcək.
 
Qeyd edək ki, Ərəb Dövlətləri Liqası 2012-ci ildə rəsmi Dəməşqi liqadan çıxarıb, yerini müxalifətə vermişdilər. Lakin Ərəb ölkələrindən BƏƏ, Bəhreyn və Sudan son illərdə Dəməşqdəki səfirliklərini yenidən açıblar.
Source : Salamnews
Tagged
iraq Suriya
Comment