Suriyada terrorçuların qoyub qaçdığı ABŞ istehsalı silahlar ələ keçirildi
Story Code : 858276
Deyerler.org SANA-ya istinadən xəbər verir ki, Suriya ordusu aprelin 21-i yerli xalqın köməyilə Dəraa və Suveyda bölgələrində terrorçuların qoyub qaçdığı ABŞ istehsalı olan bir çox silah və hərbi texnikanı ələ keçirib.
Suriya qüvvələri aprelin 20-si də Qunaitra və Dəməşq ətraflarında da, ABŞ başda olmaqla Qərb ölkələrinin istehsalı olan terrorçulara aid küllü miqdarda silah və sursat ələ keçirmişdi.
Əldə olunan məlumatlara görə, Suriya böhranının əvvəlindən etibarən ABŞ və İsrail rejim ilə bəzi ərəb ölkələri terrorçulara dəstək vermək üçün 440 milyard dollar xərcləyib.