0
Tuesday 31 March 2020 - 17:51

ABŞ Suriya terrorçularına hərbi yardım edir

Story Code : 853817
ABŞ Suriya terrorçularına hərbi yardım edir
Rusiya və Suriyanın, qaçqınların ölkə ərazisinə qaytarılmasına dair idarələrarası koordinasiya qərargahı, ABŞ-ın Suriya terrorçularına, koronavirusun baş verməsi ilə mübarizə bəhanəsi ilə Ər-Rukban düşərgəsinə yardım göndərmək adı altında hərbi texnika göndərdiyini açıqlayıb. Qaçqınların Suriya ərazisinə qayıtması ilə əlaqədar Rusiya və Suriyanın idarələrarası koordinasiya qərargahının açıqlamasında, ABŞ-ın, humanitar karvan adı altında terrorçulara yük maşınları və avadanlıq ötürmək üçün BMT-yə təzyiq göstərdiyi bildirilir.
 
"Deyerler.org"un Parstoday-a istinadən verdiyi xəbərə görə, açıqlamada, Suriyanın Ər-Rukban düşərgələrindəki bütün məhbusların, terrorçulardan təmizlənmiş ərazilərə qaytarılması barədə ciddi qərar verildiyi, lakin ABŞ tərəfinin hələ də humanitar yardımın əksər hissəsini idarə edən muzdlu terrorçu və silahlı yaraqlıların geri qaytarılmasının qarşısını aldığı bildirilir. Ər-Rukban düşərgəsi, Suriyanın cənubundakı ABŞ-ın işğal etdiyi At-Tanf hərbi bazasının yaxınlığında yerləşir. Bu vaxta qədər amerikalılar, Suriya hökumətinə Ər-Rukban düşərgəsinə humanitar yardım göndərməyə, suriyalı qaçqınları oradan təxliyə etməyə icazə verməyib.
 
Source : Deyerler
Tagged
Suriya abş
Comment