0
Sunday 8 December 2019 - 16:04

Sudan Yəməndən əsgərlərini çıxaracaq

Story Code : 831511
Sudan Yəməndən əsgərlərini çıxaracaq
Sudan Yəməndən əsgərlərini çıxaracaq

Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, baş nazir Abdullah Həmduk ölkəsinin adının terroru dəstəkləyən dövlətlər siyahısından çıxarılması üçün reallaşdırdığı ABŞ səfərinin sonuncu günündə Atlantika Şurası Araşdırma Mərkəzi tərəfindən təşkil edilən konfransda səfəri ilə bağlı qiymətləndirmələr edib.
 
Yəməndə təcavüzkar koalisiya tərkibində döyüşən Sudan əsgərləri ilə bağlı verilən suala Həmduk, bunların keçmiş rejimin buraxdığı bir miras olduğunu deyib.
 
 
“Yəməndəki qarşıdurmanın istər tərəfimizdən, istərsə də dünyadakı başqa bir tərəfdən olsun hərbi həlli yoxdur. Problemin siyasi yollarla həll edilməsi lazımdır”, - deyə o, bildirib.
 
Ölkəsinin yəmənli qardaşlarına problemlərini həll etməkdə kömək edə biləcəklərini qeyd edən Həmduk, belə deyib: “Yəməndə sonuncu dönən qrupla birlikdə 5 minə yaxın əsgərimiz qaldı. Əlbəttə onları da çıxaracağıq”.
 
Sudanın baş naziri Abdullah Həmduk ABŞ rəsmilərinə Sudanın adının “terroru dəstəkləyən ölkələr siyahısından” çıxarılma prosesini müzakirə etmək üçün keçən bazar günündən etibarən görüşlər keçirir.
 
Source : Deyerler
Tagged
yəmən sudan
Comment