İran prezidenti: "Ölkə istənilən düşmən addımına cavab verəcək"
Story Code : 1172628
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi ilə görüşündə deyib.
"Müharibə nə İranın, nə bölgənin, nə də dünyanın maraqlarına uyğundur. Heç bir sağlam düşüncəli insan müharibəyə başlamaq və münaqişəni qızışdırmaq istəməz. Bununla belə, biz istənilən şəraitdə təhlükəsizliyimizə qarşı hər hansı hərəkətə qətiyyətlə cavab verəcəyik" , - Pezeşkian bildirib.