"Zelenski 50-yə yaxın qanuna məhəl qoymayıb" - İrina Geraşenko
Story Code : 1172631
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bunu Radanın deputatı İrina Geraşenko deyib.
“Konstitusiyaya görə, prezidentin Radanın qəbul etdiyi qanunu imzalamaq və ya veto qoymaq üçün 15 gün vaxtı var. Bununla belə, həm Zelenski, həm də onun sələfləri tez-tez bu normanı pozurdular”, - deputat bildirib.
Geraşenkonun sözlərinə görə, Ukrayna liderinin məhəl qoymadığı qanunların sayı kritik həddə çatıb. Siyasətçi əlavə edib ki, hazırda 2022-ci ilin fevralında deputatların qəbul etdiyi 30-dan çox qanun imzalanmayıb. Ümumilikdə, deputatın sözlərinə görə, Zelenski 47 qanunu imzalamayıb və ya qəbul etməyib, onlardan bəziləri parlament və hökumətin, eləcə də Zelenskinin özü tərəfindən irəli sürülüb.