İraq Müqaviməti İsrailə ölümcül hücumla bağlı bəyanat yaydı
Story Code : 1172149
İraq İslam Müqaviməti günün ilk saatlarında işğalçı İsrail rejiminin Qəzzada törətdiyi qətliamlara cavab olaraq bu rejimin İlat məntəqəsindəki strateji əhəmiyyətli obyektə pilotsuz uçan aparat vasitəsilə öldürücü zərbə endirib. İşğal olunmuş Fələstin torpaqlarının cənubunda yerləşən bu həyati əhəmiyyət kəsb edən obyekt PUA vasitəsi ilə ağır zərbəyə məruz qalıb.
İraq Müqaviməti bildirib ki, işğalçı İsrail rejiminin Qəzza və Livanda törətdiyi soyqırımına cavab olaraq bu sayaq əməliyyatlar davam etdiriləcək.
Qeyd edək ki, İraq Müqaviməti ötən 13 ay ərzində dəfələrlə cinayətkar İsrail rejiminə qarşı hücumlar təşkil edib.