0
Wednesday 13 November 2024 - 13:03

Əraqçi: İkinci "Maksimum təzyiq planı" ikinci maksimum məğlubiyyət olacaq!

Story Code : 1172364
Əraqçi: İkinci "Maksimum təzyiq planı" ikinci maksimum məğlubiyyət olacaq!
İran İslam Respublikasının xarici işlər naziri ABŞ-ın yeni seçilmiş prezidentinə uğursuz maksimum təzyiq siyasətini davam etdirməklə bağlı xəbərdarlıq edib.

İSNA-nın məlumatına görə, İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın ikinci administrasiyasında anti-İran siyasətlərinin davam etdiriləcəyi ilə bağlı mətbuatda yayılan xəbərlərə cavab olaraq yazıb ki, birinci mərhələ “maksimum təzyiq” siyasəti qaçılmaz olaraq maksimum müqavimətlə üzləşdi və nəhayətdə bu, Amerikanın maksimum məğlubiyyəti ilə nəticələndi. 

Əraqçı "X" sosial şəbəkəsində yazıb: "Bu planın nəticə vermədiyinə sübut istəyirsiniz? Yetər ki, nümunə üçün, İranın sülhməramlı nüvə proqramının Trampın İrana qarşı maksimum təzyiq siyasətindən öncəki və sonrakı vəziyyətini müqayisə edəsiniz." 

Əraqçi İrana qarşı maksimum təzyiqin ikinci mərhələsinin tətbiq edilməsinin yalnız ikinci mərhələ maksimum uğursuzluğa səbəb olacağını bildirib. 

İran XİN başçısı sonda Amerika dövlət rəsmilərinə xitabən bildirib ki, ən yaxşısı budur ki, bu dəfə "Maksimum məntiq, maksimum ağıl" yolunu sınayasınız. Bu hamının xeyrinədir.
Comment