Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya mətbuatında bildirilib.
Məlumata əsasən, memorandum Hindistanın "Bharat Dynamics Limited" şirkəti ilə Rusiyanın "Rosoboronexport" şirkəti arasında imzalanıb. Hər iki ölkə bundan sonra "Pantsir" zenit-raket sisteminin yeni variantının hazırlanmasında birgə əməkdaşlıq edəcək.
Xatırladaq ki, Moskva və Nyu-Dehli uzun müddətdir ki, müdafiə sahəsində sıx əməkdaşlıq edir. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatına görə, 2019-2023-cü illər arasında Rusiyadan silah idxalının 34%-i Hindistanın payına düşüb.