Livanda etiraz aksiyalarının 27-ci günü aksiyaçılar yolları bağlayıb, bankların, universitetlərin, məktəblərin işi dayanıb. Etirazçılar yeni hökumətin təşkilini tələb edir. Ən-Nəşrə xəbər verir ki, paytaxt Beyrutda aksiyaların miqyası daha genişdir. Həriri aksiyaların 13-cü günü istefa versə də parlament yeni hökumətin təşkili üçün addım atmayıb. Aksiyaçılar korrupsiya zamanı mənimsənən pulların geri qaytarılmasını, iqtisadi böhranın aradan qaldırılmasını tələb edir.