İran Parlament spikerinin müşaviri doktor Mənsur Həqiqətpur İngiltərənin baş naziri Consonun mövqeyini xatırladaraq, belə bir şəxslə müzakirənin ölkəsinin xeyrinə olmadığını bildirib. Həqiqətpur deyib: İngiltərə baş nazirinin anti-İran bəyanatlarını nəzərə alaraq düşünürəm ki, İran prezidenti belə biri ilə müzakirə aparmamalıdır. Conson da Trampın xüsusiyyətlərinə malik biridir. Həm İngiltərə, həm də Fransa xaricdəki problemləri şişirdirlər ki, öz daxili problemlərini pərdələsinlər. Aramko hadisəsi nümunə ola bilər. İran ABŞ dronunu vurdu və öz mövqeyi üzərində dayandı. İran bir işə qərar verirsə, özünü gizləməyə səbəb yoxdur.