Yəmən ordusu və xalq qüvvələrinin rəsmi sözçüsü Yəhya Sərii Ərəbistandakı azadlıqsevər insanların həmkarlığı ilə Aramko şirkətinin iki neftayırma zavodunun vurulduğunu bildirib. Sərii deyib: Bu əməliyyatı 10 dronla həyata keçirdik, Aramkonun Bəqiq və Xurəys neftayırma zavodları hədəfə alındı. Yəmənin haqqı olan cavab zərbələrindən xilas olmağın bir yolu var: təcavüzkarlar müharibəni dayandırsın!