Maduro: “Çevriliş təşəbbüsü birbaşa Ağ Evdən idarə edilib”
Story Code : 791794
Deyerler.org Anadolu-ya istinadən xəbər verir ki, Maduro paytaxt Karakasdakı Miraflores prezident sarayının qarşısındakı Sukre bulvarında, 1 May Əmək və Həmrəylik Günü çərçivəsində keçirilən tədbirdə çıxış edərək bunları deyib: “Maduro Venesuela xalqının vətəni üçün canını fəda edəcək. Sağın təxribatlarından birini dağıtdıq. Bir səfirlikdən digərinə qaçırlar. Ədalət onları axtarır, tez və ya gec, günahlarının və törətdikləri cinayətlərin əvəzini ödəmək üçün həbsə düşəcəklər”.
Xalqın və Venesuela silahlı qüvvələrinin hərbi çevrilişə yol verməyəcəyini vurğulayan Maduro, belə davam edib: “Kim Mirafloresə gəlmək istəyirsə, bircə şey etməlidir. Xalqın rəyi ilə seçkidə qalib olmalıdır. Venesuelada dövlət başçısı olmağın yeganə yolu budur. Burada silahlar və tüfənglər yox, təkcə xalq başa gətirə bilər və yalnız xalq endirə bilər. Miraflores sarayına heç vaxt oyuncaq bir prezident gətirməyəcəklər”.
Maduro ölkəsindəki çevriliş cəhdində ABŞ-ın barmağı olduğunu qeyd edərək, belə danışıb: “Bir Avropa qəzeti Donald Tramp və Con Boltonun gün çıxmadan qabaq hərbi çevrilişin bütün əməliyyatlarını koordinasiya etdiyini yazdı. Çili, Braziliya, Argentina və Kolumbiya hökumətlərinə zəng edib dəstəkləmələrini istədilər. Çevriliş təşəbbüsü birbaşa Ağ Evdən, şəxsən Con Bolton tərəfindən idarə edilib”.