Venesuela elektrik təchizatının kəsilməsini kiberhücum adlandırıb
Story Code : 782248
“Report” RBK-ya istinadən xəbər verir ki, bunu ölkənin informasiya naziri Xorxe Rodriges dövlət televiziyasının canlı yayımında bildirib.
O, kiberhücumun arxasında ABŞ-ın dayandığına dair müəyyən ehtimalların olduğunu da diqqətə çatdırıb: “Hücumun hədəfi Quri hidroelektrik stansiyasının avtomatik nəzarət sistemi olub”.
Nazir sistemin hakerlərin nəzarəti altına keçməsini əngəlləmək üçün su elektrik stansiyasının fəaliyyətini təhlükəsizlik naminə dayandırdıqlarını vurğulayıb.
Qeyd edək ki, martın 7-də Venesuelada enerji böhranı yaranıb. Nəticədə xəstəxanalarda 79 nəfər ölüb.