Venesueladakı ABŞ diplomatları ölkələrinə geri döndü
Story Code : 774785
Deyerler.org Anadolu-ya istinadən xəbər verir ki, Venesuela Xarici İşlər Nazirliyindən verilən bəyanatda, prezident Nikolas Maduronun verdiyi 72 saatın başa çatdığı və amerikalı diplomatların 25 yanvardan etibarən ölkəni tərk etdiyi bildirilib.
İki ölkənin konsulluq fəaliyyətləri və ticarət prosesləri üçün hər iki paytaxt Karakas və Vaşinqtonda qarşılıq olaraq, ofislər açmağı müzakirə edəcəklər və müddətin də 30 günə məhdudlaşacağı qeyd olunub.
Bəyanatda bu proses başa çatana qədər hər iki səfirlikdə bir sıra diplomatik heyətin işinə davam edəcəyi, bu personalın iki ölkənin bu ofislər mövzusunda bir razılıq əldə etməməsi təqdirdə 72 saat ərzində ölkəni tərk etməsi lazım olduğu qeyd olunub.